Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən keçirilən nəzarət tədbirləri zamanı İmişli rayonunun Xubyarlı kəndi ərazisindən və Füzuli rayonu, Horadiz-Zəngilan avtomobil yolunun yaxınlığındakı təpəlik sahədən qanunsuz qum-çınqıl daşındığı müəyyən edilib.
Xidmət rəsmisi Bəhruz Məhəmmədov bildirib ki, araşdırma zamanı qum-çınqıl qarışığının Füzuli rayonunda İmişli rayon sakini Cavid Fərzəliyev tərəfindən ekskavatorla qazılaraq “Kamaz” markalı, 11-BG-634 və 17-BF-224 dövlət nömrə nişanlı nəqliyyat vasitələri ilə ərazidən çıxarıldığı, İmişli rayonunda isə Yevlax rayon sakini İlham Məhərrəmov tərəfindən daşındığı məlum olub:
“Faktlarla bağlı akt, protokol tərtib olunub və qanunamüvafiq tədbirlər görülüb. Nəqliyyat vasitələrinin sürücülərinin kimliyini müəyyənləşdirmək üçün Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinə müraciət olunub”.
Demokrat.az



