Hadisə

Gəncədə minik avtomobili yük maşını ilə toqquşub

Gəncədə minik avtomobili yük maşını ilə toqquşub

Gəncədə yol nəqliyyat hadisəsi baş verib.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə Gəncə-Göygöl avtomobil yolunun 1 km-də qeydə alınıb. Hərəkətdə olan "Mitsubishi "markalı minik maşını ilə "QAZEL” markalı yük maşını toqquşub. Qəza zamanı 2 nəfər xəsarət alaraq xəstəxanaya yerləşdirilib.

Hadisə yerinə polis əməkdaşları cəlb olunub.

Faktla bağlı araşdırma aparılır.

D
demokrat.az