Gündəm

“Euronews” Şuşa Qlobal Media Forumu ilə bağlı süjet yayımlayıb — VİDEO

“Euronews” Şuşa Qlobal Media Forumu ilə bağlı süjet yayımlayıb — VİDEO

“Euronews”telekanalı iyulun 21-dən 23-dək Şuşa şəhərində keçirilən Qlobal Media Forumu ilə bağlı süjet yayımlayıb.

“Bu ay Qlobal Media Forumunda iştirak etmək üçün Azərbaycanın Şuşa şəhərində yüzlərlə media nümayəndəsi toplaşıb. Tədbiri Azərbaycan Prezidentiİlham Əliyevaçıb”, - videomaterialda bildirilib.

Qeyd olunub ki, Forum iştirakçıları dezinformasiya, jurnalistlərin təhlükəsizliyi, ənənəvi və yeni media arasındakı fərqlər, süni intellektin jurnalistikaya təsiri kimi mövzuları müzakirə ediblər.

NE
Nihadə Eyyubova