"Bütün problemlər danışıqlar yolu ilə həll edilməlidir, lakin problem bizimlə danışıqlardan imtina etmələridir".
Demokrat.az xəbər verir ki, bu sözləri Rusiya prezidenti Vladimir Putin bildirib.
O, Ukrayna müharibəsinin Rusiyanın təhlükəsizliyinə yaradılan təhdidlər səbəbindən aparıldığına işarə edib və deyib:
"Münaqişə, ABŞ və NATO Rusiyanın təhlükəsizliyinə təhdidlər yaratdığı üçün baş verir. Onlar təhlükəsizlik məsələləri üzrə danışıqlardan imtina edirlər. Ukrayna, daha doğrusu indiki Ukrayna rejimi də danışıqlardan imtina edir. Bunu rəsmi olaraq elan da edirlər. Ukrayna prezidenti danışıqları qadağan edən fərman belə imzalayıb”.
Aysu Demokrat.az


