Dünya

Rostova raket hücumu davam edir — Qubernatordan açıqlama

Rostova raket hücumu davam edir — Qubernatordan açıqlama

Hava hücumundan müdafiə sistemləri Rostov vilayətinin Taqanroq şəhəri üzərində ikinci raketi vurub.

Azpost.infoxəbər verir ki, bu barədə Rostov vilayətinin qubernatoru Vasili Qolubev Telegram kanalında bildirib.

Onun sözlərinə görə, raket şəhərin Azov rayonunda vurulub.

“İkinci raket hava hücumundan müdafiə sistemləri tərəfindən vurulub – bu dəfə Azov bölgəsində. Nəticələr dəqiqləşdirilir”, – Qolubev yazıb.

NE
Nihadə Eyyubova