Dünya Özəl

Sinqapurda 20 ildən sonra ilk dəfə qadın edam edildi

Sinqapurda 20 ildən sonra ilk dəfə qadın edam edildi

Sinqapurda 45 yaşlı qadın heroin qaçaqmalçılığında təqsirli bilindiyi üçün ölüm cəzasına məhkum edilib.

Demokrat.az xəbər verir ki, bu barədə "BBC" məlumat yayıb.

Məlumata əsasən, səlahiyyətlilər qadının bu gün edam olunduğunu təsdiqləyiblər.

O, bir həftə ərzində narkotik ticarəti ittihamı ilə edam edilən ikinci şəxs olub.

Ötən ilin martından bu günə qədər daha 14 nəfər bu ittihamla edam edilib.

Qeyd edək ki, Sinqapur dünyanın ən sərt narkotik qanunlarına malik ölkələrdən biridir. Narkotik ticarəti ilə ittiham olunan şəxslər edam olunmalıdır. Bunun cəmiyyəti qorumaq məqsədilə edildiyi bildirilir.

Aysu Demokrat.az

NE
Nihadə Eyyubova