Sosial

"Kaş Qubad İbadoğlu öz ixtisasına uyğun olaraq dövlətimizə və xalqımıza tövhə vermiş olardı" — Ağasif Şakiroğlu

Kaş Qubad İbadoğlu öz ixtisasına uyğun olaraq dövlətimizə və xalqımıza tövhə vermiş olardı — Ağasif Şakiroğlu

"ADR sədri Qubad İbadoğlunu mən gənclik illərimdən tanıyıram. Demək olar ki, tanışlığımızın 18 yaşı var. Hər zaman bu düşüncədə olmuşam ki, Qubad İbadoğlu yaxşı iqtisadçıdır, amma siyasət adam deyil. Bunu onun yalnış siyasi gedişləri bir daha sübut etdi". Pravda.azxəbər verir ki, bunu Gələcək Azərbaycan Partiyasının sədriAğasif Şakiroğlubildirib "Zamanla danışdığı sözlərlə əməli fəaliyyətində ciddi ziddiyyətlər yarandı. Bu ziddiyyətlərin fonunda qurmaq istədiyi siyasi təşkilat faktiki uçuruma gedərək dağıldı. Son dövrlər ADR-dən kütləvi istefaların baş verməsi bunun əyani sübutu idi. Belə ki: - 2022-ci ilin oktyabr ayında ADR İdarə Heyətinin üzvü Səxavət Əlisoy Qubad İbadoğlunu tənqid edərək hərəkatdan istefa verdir; - ardınca tanınmış həkim, professor Adil Qeybulla ADR-dən istefa verdi; - daha sonra ADR-nin qurucularından biri və İdarə Heyətinin üzvü olan İsmayıl Nəzərli 40-dək tərəfdaşı ilə birlikdə Qubad İbadoğlunu və fəaliyyətini hədəf seçərək istefa verdi və bu barədə mediada bəyanatla çıxış etdi; - üzərindən günlər keçməmiş ADR-nin Naxçıvan Muxtar Respublikasında olan bütün təşkilatı strukturları öz fəaliyyətini dayandırmaq haqqında bəyanatla çıxış etdi; - daha sonra isə ADR-nin sədr müavini, İdarə Heyətinin üzvü Əlövsət Talışxanlı istefa verdi. Bu siyahını uzatmaq olar. Amma zaman itkisidir... Ambisiya və hikkə ilə aparılan siyasətin nəticəsi olaraq siyasi qurum darmadağın oldu, yekunda da apardığı uğursuz və qüsurlu fəaliyyətin əməli nəticəsi olaraq özü həbs edildi… Heç şübhəsiz ki, heç bir vətəndaşımıza kimliyindən asılı olmayaraq həbs arzulamıram. Həbsxana, həbs həyatı insan həyatından oğurlanan günlərdir. Amma gərək ki, vətəndaşlarımızda öz fəaliyyətlərini qanuna uyğun formada həyata keçirməlidirlər ki, bu tip cəzalarla üzləşməsinlər. Zamanında siyasi mətbəxtdə ara-sıra “ADR-in rəhbərliyində təmsil olunan şəxslər maaş alır, Qubad İbadoğlunun güclü maddi imkanları var” deyə ictimai-siyasi sektorda söhbətlər gəzirdi. Bu gün aydın olur ki, bu “ciddi maliyyə imkanları” haralardan qaynaqlanırmış… Çox üzücü bir mənzərədir. Kaş Qubad İbadoğlu öz ixtisasına uyğun olaraq elə iqtisadçı ekspert, mütəxəsis kimi qalıb - cəmiyyətimizə, dövlətimizə və xalqımıza tövhə vermiş olardı…" - A.Şakiroğlu qeyd edib.

NE
Nihadə Eyyubova