“Cənab Prezidentin etimadını doğrultmağa çalışacam”.
BunuBakıvaxtı.az-a açıqlamasında Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) vitse-prezidenti vəzifəsinə təyin edilən İsmayıl Zərgərli bildirib.
O təyinata görə dövlət başçısına təşəkkürünü bildirib.
Qeyd edək ki, Prezident İlham Əliyevin bu gün imzaladığı sərəncamla İsmayıl Fikrət oğlu Zərgərlini Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin vitse-prezidenti təyin edib.
Qeyd edək ki, İ.Zərgərlinin 21 illik vəkillik fəaliyyəti var.
Zərgərli «Ledingham Chalmers» şirkətinin Baki ofisində hüquqşünas vəzifəsində, ondan əvvəl isə «Dr. Shirin O. Entezari & Associates» şirkətinin Baki ofisində calışıb. Onun fəaliyyət sahəsi daşınmaz əmlak, enerqetika, telekommunikasiya şirkətləri və əmək qanunvericiliyini əhatə edir.
O Azərbaycanda işgüzar fəaliyyətin aparılması üçün ümumi tələblərə dair məsləhətlər verib. «Dr. Shirin O. Entezari & Associates» şirkəti ilə əməkdaşlıq ərzində, Zərgərli Azərbaycanda və Gürcüstanda neft boru kəmərlərinin tikilməsində və həmçinin Azərbaycanda müəyyən telekommunikasiya layihələrində iştirak edib.
O, həmçinin Türkmənistan və İran İslam Respublikası ilə bağlı layihələrdə iştirak edib. Azərbaycanda əsas boru kəmərlərinin tikintisi layihələri və özəlləşdirmə məsələləri üzrə məsləhətlərin verilməsində də fəal iştirak etmişdir. O, bir sıra məsələlərdə daşınmaz əmlakın alqı-satqısı və icarəsi, yaşayış, həmçinin kommersiya və sənaye məqsədləri üçün tikililər ilə bağlı bir çox hallarda məsləhət xidmətləri göstərib.
Zərgərli beynəlxalq hüquq üzrə ali təhsilə malikdir. Azərbaycanın əmək qanunvericiliyinə, həmçinin Azərbaycanda və Gürcüstanda işgüzar fəaliyyətin aparılmasına dair elmi məqalələrin müəllifidir. İngilis və Rus dillərini yüksək səviyyədə bilir.


