Hadisə

Rabitə qülləsinə qara bayraq asan şəxs HƏBS OLUNDU

Rabitə qülləsinə qara bayraq asan şəxs HƏBS OLUNDU

Sabunçu rayonunun, Ramana qəsəbəsində rabitə qülləsinə qara bayraq asan şəxs həbs edilib.

DİN-in mətbuat xidmətindən Demokrat.az -a bildirilib ki, “Dini etiqad azadlığı haqqında” Azərbaycan Respublikasının qanununa əsasən bütün dini mərasimlər yalnız məscid, ziyarətgah və onlara aid ərazilərdə keçirilməlidir.

Qanunvericiliyin tələblərinə zidd olaraq, iyulun 28-də günorta saatlarında Sabunçu rayonu Ramana qəsəbəsində rabitə qülləsinə qara bayraq asılması müşahidə olunub. Polis əməkdaşları tərəfindən həmin əməli törədən 1983-cü il təvəllüdlü Hüseynov Samid müəyyən olunaraq həbs edilib.

İnsanların dini etiqad azadlığına dərin hörmətimizi ifadə edərək, vətəndaşlarımızı qanunverciliyin tələblərini anlayışla qarşılamağa çağırır və qabaqcadan təşəkkürlərimizi çatdırırıq.

D
demokrat.az