“Vaqner”in rəhbəri Yevgeni PriqojinRusiya Prezidenti Vladimir Putinlə şam yeməyində iştirak edə bilər.
“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, görüş sabah iyulun 28-də baş tutacaq.
Bildirilib ki, Priqojin hazırda Sankt-Peterburqdadır və Afrika ölkələrinin rəhbərləri ilə gizli görüşlər keçirir.
Həmçinin, sabah Priqojinin Afrika ölkələrinin liderlərinin forumunda olacağı və Putinin təşkil etdiyi şəxsi şam yeməyində iştirak edəcəyi də gözlənilir.


