Dünya Özəl

Turistləri daşıyan avtobusun sürücüsü infarkt keçirdi: 1 ölü, 8 yaralı

Turistləri daşıyan avtobusun sürücüsü infarkt keçirdi: 1 ölü, 8 yaralı

Türkiyənin Çanaqqala vilayətində tur avtobusunun qəzaya uğraması nəticəsində 1 nəfər ölüb, 8 nəfər yaralanıb.

Demokrat.az xəbər verir ki, bu barədə "TRT Haber" məlumat yayıb.

Məlumata əsasən, qəza avtobus sürücüsünün infarkt keçirməsi nəticəsində baş verib.

Qəzada avtobus sürücüsü həyatını itirib, 8 sərnişin isə yaralanıb.

Yaralılar təcili tibbi yardım tərəfindən xəstəxanaya yerləşdirilib.

Araşdırmalar davam etdirilir.

Aysu Demokrat.az

NE
Nihadə Eyyubova