Hərbi Özəl

Kim Çen İn Şoyqu ilə görüşdü

Kim Çen İn Şoyqu ilə görüşdü

Şimali Koreya lideri Kim Çen İn Rusiyanın müdafiə naziri Sergey Şoyqu ilə görüşüb.

Demokrat.az xəbər verir ki, bu barədə Koreya Mərkəzi Xəbər Agentliyi (KCNA) məlumat yayıb.

Bildirilib ki, görüş zamanı tərəflər milli, regional və beynəlxalq çərçivədə təhlükəsizlik və hərbi məsələləri müzakirə edib.

Kim nazir ilə birlikdə Şimali Koreyanın yeni silahlarının sərgiləndiyi silah-sursat sərgisini ziyarət edib.

Şoyquya ölkəsinin milli təhlükəsizliyin inkişaf planı çərçivəsində hazırladığı döyüş sursatları haqqında məlumat verən Kim dünyada silah inkişaf strategiyaları ilə bağlı qiymətləndirmələr edib.

Sonda Şoyqu Kim Çen İnə Rusiya Prezidenti Vladimir Putinin məktubunu təqdim edib.

Aysu Demokrat.az

D
demokrat.az