Sosial Özəl

“Mercedes-Benz Group AG”nin Nümayəndəliyindən xanımlar üçün yeni layihə — FOTOLAR

“Mercedes-Benz Group AG”nin Nümayəndəliyindən xanımlar üçün yeni layihə — FOTOLAR

“Mercedes-Benz Group AG”nin Azərbaycandakı Baş Nümayəndəliyi “Avtokapital-Azərbaycan” MMC-nin təşəbbüsü ilə “She's Mercedes” layihəsi çərçivəsində istedadlı qadınların uğur hekayələri mövzusunda müsahibə aparılıb.

Demokrat.az xəbər verir ki, layihənin iştirakçılarından biri – uğur qazanmış azərbaycanlı dizayner, "Özəlim" brendinin təsisçisi Məhbubə Məmmədovadır.

Dizayner-feltmaker Məhbubə xanım “yaş keçə” texnikasında çalışır və bərpa edir. Bu, Azərbaycan tətbiqi sənətinin ən qədim, unudulmuş növüdür.

Qeyd edək ki, “She's Mercedes” – hər bir qadının özünəməxsus uğurunu vurğulamaq və onu mənəvi cəhətdən gücləndirməyə yönəlmiş layihədir. Belə ki, bu platforma mədəniyyətlər, iş sahələri və təcrübələri aşaraq, hər bir xanım arasında dialoq qurmaq, ruhlandırmaq və ilhamlandırmaq üçün nəzərdə tutulub. Burada müxtəlif formatlarda təqdim olunan müxtəlif sahələrdən olan tanınmış xanımlar öz təcrübələrini bölüşürlər.

“Mercedes-Benz Group AG”nin Nümayəndəliyindən xanımlar üçün yeni layihə — FOTOLAR
“Mercedes-Benz Group AG”nin Nümayəndəliyindən xanımlar üçün yeni layihə — FOTOLAR

Günay Ağazadə Demokrat.az

NE
Nihadə Eyyubova