Təxminən bir aydır ictimaiyyət qarşısına çıxmayan Çinin xarici işlər naziri Qin Qanqın vəzifədən uzaqlaşdırıldığı açıqlanıb.
Demokrat.az xəbər verir ki, naziri Vanq Yi əvəz edəcək.
Uzun müddətdir ki, harada olduğu bəlli olmayan nazirin işdən çıxarılmasının səbəbi göstərilməyib.
Onun kamera qarşısında son çıxışı iyunun 25-də Pekində Şri-Lankalı həmkarı ilə görüşü zamanı olub.
Qin Qanqın harada olması ilə bağlı heç bir açıqlama verilməyib.
Aysu Demokrat.az


