Region

İran parlamentində seks qalmaqalı: Mədəniyyət nazirinin istefası tələb edildi

İran parlamentində seks qalmaqalı: Mədəniyyət nazirinin istefası tələb edildi

İran parlamentinin Milli Təhlükəsizlik və Xarici Siyasət Komissiyasının üzvü Mürtəza Mahmudvənd mədəniyyət və irşad nazirinin istefasını tələb edib.

Günaztv xəbər verir ki, o, bu barədəİran parlamentindəGilan əyalətiMədəniyyət və İrşad İdarəsinin başçısının əxlaqı problemləri ilə bağlı qalmaqalına münasibət bildirərkən danışıb.

"Prezidentdən xahiş edirəm ki, bu məsələyə müdaxilə etsin və naziri istefaya göndərsin",- Mahmudvənd bildirib.

Qeyd edək ki, İranın Gilan əyalətinin Mədəniyyət və İrşad İdarəsinin rəhbəri olan Rza Seqqətinin internetə intim görüntüləri sızıb.

Sosial şəbəkələrdə yayılan görüntülərdə Rza Seqqətinin bir gənclə cinsi əlaqədə olduğu əks olunub.

Siqqəti İffət və Hicab Mərkəzinin təsisçisidir və Gilan əyalətində məcburi hicab qaydalarını pozan qadın və qızlara qarşı qəddarlığı ilə məşhurdur.

NE
Nihadə Eyyubova