Gündəm Özəl

Qubad İbadoğlu Güləndən hansı tapşırıqları alıb?! — Azərbaycanda FETÖ-ya qarşı əməliyyatların pərdəarxası...

Qubad İbadoğlu Güləndən hansı tapşırıqları alıb?! — Azərbaycanda FETÖ-ya qarşı əməliyyatların pərdəarxası...

Uzun müddətdir ABŞ-ın Pensilvaniya ştatında yaşayan və fəaliyyət göstərən Qubad İbadoğlu Azərbaycanda həbs olundu. Onun qanun qarşısına çıxmasına səbəb FETÖ-ya qarşı keçirilən əməliyyatda saxlanılan şəxslərin istintaq zamanı Qubad İbadoğlunun da onların şəbəkəsində olmasına dair verdiyi ifadə idi. Bu ifadəyə əsasən istintaq qrupunun apardığı araşdırmada Qubad İbadoğlunun ofisində axtarış aparılıb, iş üzrə zəruri əhəmiyyət kəsb edən sənədlər aşkarlanıb və o, saxlanılıb.

O, istintaqa Cinayət Məcəlləsinin 204.3.1 (saxta pul və ya qiymətli kağızlar hazırlama, əldə etmə və ya satma mütəşəkkil dəstə tərəfindən törədildikdə) maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilib.

Məlumatlar da təsdiq edir ki, məsələ heç də iddia olunduğu kimi Qubad İbadoğlunun həbsi olmayıb. Azərbaycan hüqiq-mühafizə orqanlarının FETÖ-ya qarşı mübarizə apardığı hər kəsin bildiyi həqiqətdir. Son əməliyyat da məhz bu qruplaşmaya qarşı idi və şəbəkə üzvlərinin verdiyi ifadə yeni faktı – Qubad İbadoğlunun da onların şəbəkəsi ilə əlaqəsini ortaya çıxardı. Nəticədə İbadoğlu istintaqa cəlb olundu.

Qubad İbadoğlu Güləndən hansı tapşırıqları alıb?! — Azərbaycanda FETÖ-ya qarşı əməliyyatların pərdəarxası...
Qubad İbadoğlunun həbsindən sonra onun ABŞ-da məhz Pensilvaniya ştatında – FETÖ qruplaşmasının əsas mərkəzində yaşaması, fəaliyyət göstərməsi ön plana çıxır. Əslində bir müddət öncə ölkəni tərk edən Qubad İbadoğlunun mövqeyində "hakimiyyəti tənqid" adı altında dövlətə qarşı çıxışları müşahidə olunurdu və indi onun FETÖ ilə əlaqələrinin ortaya çıxması bunun səbəblərini aydınlaşdırır.

FETÖ terror təşkilatı Fətullah Gülən tərəfindən yaradılıb və məqsəd dövləti daxildən ələ keçirmək olduğu bəllidir. Türkiyədə buna uğursuz cəhdlər edən FETÖ-nün hədəfində təkcə bir ölkə yox, ölkələr var, xüsusilə müsəlman coğrafiyasında müxtəlif yollarla dövlətə sızmağa cəhdlər ediblər. Müəyyən qədər buna nail olublar da. Bu terror təşkilatının iş mexanizmi olduqca təhlükəlidir. Müxtəlif adlar altında dövlət qurumlarında, ictimai sektorda və siyasətdə özlərinə yer edir, dövlətin ən əhəmiyyətli nöqtələrini ələ keçirir və gün gələndə bütövlükdə dövləti nəzarətə alırlar. Terror qruplaşmasının metodları fərqlidir. Bura şantajdan tutmuş silahlı toqquşmaya qədər müxtəlif yollar daxildir.

2016-cı ilin 15 iyulunda qardaş Türkiyədə dövlət çevrilişinə etdikləri cəhd təsdiqlədi ki, FETÖ məqsədinə nail olmaq naminə dinc əhalini də bombalaya, vətəndaş müharibəsinə qədər gedə bilər. Terror qruplaşmasının qardaş Türkiyədə dövlət çevriliş cəhdi baş tumayandan sonra ciddi şəkildə “qan itirdi”, lakin özlərini qorumaq üçün “gizli fəaliyyətə” keçdikləri, kamuflyaj olduqları da bəllidir.

Qubad İbadoğlu Güləndən hansı tapşırıqları alıb?! — Azərbaycanda FETÖ-ya qarşı əməliyyatların pərdəarxası...

Məlumatlara görə, müxtəlif ölkələrdə qruplaşma üzvləri Pensilvaniyadan verilən gizli təlimatla fəaliyyətlərini davam etdirir. Azərbaycanda keçirilən son əməliyyat bunu bir daha sübut etdi.

Qubad İbadoğlunun şəbəkə ilə əlaqələri isə FETÖ-nün siyasi dairələri ələ keçirmək və iqtidara gəlmək planlarını da bir daha ön plana çıxarır. Lakin Azərbaycan dövləti uzun müddətdir FETÖ-ya qarşı ciddi mübarizə aparır. Qardaş Türkiyədə çevriliş cəhdindən sonra bu mübarizə daha kəskin xarakter alıb və bütün sferalardan – istər dövlət, istər təhsil sektorundan, istərsə siyasi dairələrdən FETÖ izi silinir, qruplaşmanın gizli üzvləri belə ifşa olunaraq məsuliyyətə cəlb edilir. Qubad İbadoğlunun həbsi bunun real nümunəsidir. Heç kim inanmazdı ki, Qubad İbadoğlu FETÖ ilə yaxın əlaqələrə malikdir, qruplaşmanın üzvlərinin ifadələri bunu ifşa etdi. Bu eyni zamanda, Azərbaycanda FETÖ-nün gizlənmiş, kamuflyaj olmuş üzvlərinə belə aman verilməyəcəyini təsdiq edir. Bu istiqamətdə mübarizə çərçivəsində yeni həbslərin olacağı artıq qaçılmazdır...

Vaqif Hüseynli Demokrat.az

D
demokrat.az