Siyasət

"Məqsəd Ermənistanın Azərbaycandan geri qalmamasını təmin etmək idi" - Siyasi ekspert

Məqsəd Ermənistanın Azərbaycandan geri qalmamasını təmin etmək idi - Siyasi ekspert

Siyasi ekspert Elxan ŞahinoğluRusiya Xarici İşlər Nazirliyinin mətbuat katibi Mariya Zaxarovanın Ermənistana səfərinişərh edib.

Demokrat.azxəbər verir ki, E.Şahinoğlu bu səfəriMoskvadakı erməni lobbisinin, eləcə dəZaxarovanın öz təşəbbüsü ilə həyata keçirildiyini xüsusi vurğulayıb:

"Əsl balans buna deyərəm. Deməli, Rusiya Xarici İşlər Nazirliyinin mətbuat katibi Mariya Zaxarova ötən il Bakıda keçirilən “Jara” musiqi festivalına gəlmişdi. Bakıya gəldiyinə görə bizim haqqımızda bir-iki kəlmə xoş söz deməliydi. İndi isə Mariya Zaxarova Ermənistana gedib və işğalçı ölkə haqqında ağız dolusu təriflər səsləndirib. Bu səfər və səsləndirilən təriflər həm Moskvadakı erməni lobbisinin, həm də elə Mariya Zaxarovanın öz təşəbbüsü ilə həyata keçirilib. Məqsəd tərifdə Ermənistanın Azərbaycandan geri qalmamasını təmin etmək idi və Mariya Zaxarova bu vəzifənin öhdəsindən artırlqmasıyla gəldi".

Demokrat.az

D
demokrat.az