Gündəm

Saakaşvili Keşikçidağda baş verən insidentdən danışdı

Saakaşvili Keşikçidağda baş verən insidentdən danışdı

"Mən Azərbaycan və gürcü xalqlarının müdrikliyinə inanıram. Biz yüzilliklərdir ki, xeyirxah dünyada yaşayırıq".

Demokrat.az virtualaz.org-a istinadən xəbər verir ki, bunu Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvili Gürcüstan-Azərbaycan sərhədinin keçdiyi Keşikçidağ monastır kompleksi ətrafında baş verən hadisələrlə bağlı danışarkən deyib. Gürcüstanın keçmiş prezidenti qeyd edib ki, daha əvvəl o öz "feysbuk” səhifəsində bütün bu hadisələr haqda fikrini bildirib. M.Saakaşvili vurğulayıb ki, ona yalnız bütün bu problemlərin həll olunmasını və Azərbaycanla Gürcüstanın yaxşı qonşuluq münasibətlərini saxlamalarını və inkişaf etdirmələrini arzulamaq qalır.

Demokrat.az

D
demokrat.az