“Facebook”, “Instagram” və “WhatsApp” sahibi “Meta”nın “Twitter”ə rəqib olan yeni sosial media platforması “Threads” istifadəçilərini itirməyə başlayıb.
Demokrat.az xəbər verir ki, bu barədə xarici mediada məlumat yer alıb.
Bu ayın əvvəlində populyarlaşan yeni sosial media platforması “Threads” ayın sonuna qədər köhnə imicini itirməyə başlayıb.
Son məlumatlar göstərir ki, “Threads”in gündəlik aktiv istifadəçiləri iyulun 7-də 49 milyona çatdıqdan sonra iyulun 14-də 23,6 milyona düşüb.
Xatırladaq ki, keçən həftə “Meta”nın baş direktoru Mark Zukerberq elan etdi ki, onun tətbiqi istifadəyə verildiyi vaxtdan bəri 100 milyon dəfədən çox yüklənib.
Aysu Demokrat.az


