Kanadada helikopter qəzaya uğrayıb.
Bu barədə CBC telekanalı məlumat yayıb.
Hadisə nəticəsində pilot ölüb.
Helikopter meşə yanğınları ilə mübarizədə iştirak edirdi.
Bununlada 2023-cü ildə Kanadada meşə yanğınları ilə mübarizədə üç pilot ölüb.
Kanadanın fövqəladə hallara hazırlıq naziri Uilyam Bleyer ötən həftə ölkədə 900-ə yaxın aktiv yanğının olduğunu və bunların yarısının hələ nəzarət altına alınmadığını bildirib. Ən çox yanğın Alberta, Britaniya Kolumbiyası, Kvebek və Ontario əyalətlərində qeydə alınıb.


