ABŞ-ın keçmiş dövlət katibi Henri Kissincer Çinin paytaxtı Pekinə səfəri çərçivəsində bu ölkənin lideri Si Cinpinlə görüşüb.
Demokrat.az xəbər verir ki, bu barədə "CNN" məlumat yayıb.
Görüş zamanı Si Cinpin bildirib ki, Çin xalqı dostluğa böyük önəm verir:
“Biz nə köhnə dostlarımızı, nə də Çin-ABŞ münasibətlərinin və iki xalq arasında dostluğun inkişafına verdiyiniz tarixi töhfələri heç vaxt unutmayacağıq”.
Kissincerin may ayında 100 yaşını tamamladığını və bu illər ərzində Çinə 100-dən çox səfər etdiyini ifadə edən Si Cinpin 52 il əvvəl Çin və ABŞ-ın çox mühüm dönüş nöqtəsində olduğunu və Kissincerin qeyri-adi strateji baxışları ilə iki ölkə arasında normallaşma prosesinin başladığını xatırladıb.
Aysu Demokrat.az


