Dünya Özəl

İtaliyada temperatur 47 dərəcəyə çatdı

İtaliyada temperatur 47 dərəcəyə çatdı

İtaliyada hökm sürən güclü isti hava səbəbindən ölkənin 27 ən böyük şəhərindən 23-də “qırmızı xəbərdarlıq” elan edilib.

Demokrat.az xəbər verir ki, bu barədə İtaliyanın Səhiyyə Nazirliyi əhaliyə müraciət edib.

Bildirilib ki, ölkə ərazisinin bir çox nöqtəsində havanın temperaturu 47 dərəcəyə yüksəlib.

Nazirlik ölkənin ən böyük 27 şəhərindən 23-də kəskin isti hava ilə bağlı əhali mümkün qədər çölə çıxmamağa dəvət edib.

Həddindən artıq isti havanın cümə axşamı öz təsirini itirəcəyi və "qırmızı xəbərdarlıq" edilən şəhərlərin sayının 18-ə enəcəyi bildirilib.

Aysu Demokrat.az

D
demokrat.az