Dünya Özəl

Şimali Koreyaya icazəsiz daxil olan ABŞ hərbçisi saxlanıldı

Şimali Koreyaya icazəsiz daxil olan ABŞ hərbçisi saxlanıldı

Şimali Koreya sərhədini icazəsiz keçən ABŞ hərbiçisi saxlanılıb.

Demokrat.az xəbər verir ki, bu barədə "BBC" məlumat yayıb.

Bildirilib ki, Birləşmiş Millətlər Təşkilatının (BMT) idarə etdiyi iki ölkə arasında hərbisizləşdirilmiş birgə təhlükəsizlik zonasında tur təşkil edilib.

Turda iştirak edən hərbiçilər onlardan birinin gülərək sərhədi keçdiyini, daha sonra isə saxlanıldığını bildiriblər.

Səlahiyyətlilər saxlanılan əsgərin təşkil edilən turda normal olaraq iştirak etdiyini açıqlayıb.

Eyni zamanda məsələ ilə bağlı araşdırmalara başlanıldığını qeyd edib.

Aysu Demokrat.az

NE
Nihadə Eyyubova