Region Özəl

İranda dövlət qurumlarının fəaliyyəti dayandırıldı

İranda dövlət qurumlarının fəaliyyəti dayandırıldı

İranın Bocnurd və Məşhəd şəhərlərində havanın çirklənməsi səbəbindən dövlət qurumlarının fəaliyyəti dayandırılıb.

Demokrat.az xəbər verir ki, bu barədə "Tesnim" xəbər agentliyi məlumat yayıb.

Məlumata görə, hava çirkliliyi səbəbi ilə bu gün saat 10:00-dan sonra Bocnurd şəhərində dövlət qurumlarının fəaliyyəti dayandırılıb.

Məşhəd şəhərində də havanın çirklənməsinin artması ilə əlaqədar dövlət müəssisələri və məktəblər bağlanıb.

İran rəsmiləri xalqı, xüsusən də ürək və tənəffüs sistemi xəstələrini məcburi olmadıqca evlərindən çölə çıxmamağa çağırıb.

Aysu Demokrat.az

NE
Nihadə Eyyubova