Dünya Özəl

Şahzadə Diananın köynəyi hərraca çıxarıldı

Şahzadə Diananın köynəyi hərraca çıxarıldı

Şahzadə Diananın qırmızı naxışlı yun köynəyi hərraca çıxarılıb.

Demokrat.az xəbər verir ki, bu barədə "Euro News" məlumat yayıb.

Bildirilib ki, köynək sentyabr ayında "Sotheby's online Fashion Icons" satışında nümayiş etdiriləcək.

Hərracda köynəyin satış qiymətinin 80 min dollara yüksələcəyi gözlənilir.

Xatırladaq ki, 19 yaşlı ledi Diana Spenser 1981-ci ilin iyununda o vaxt Britaniya taxtının varisi olan Kral Çarlzla nişanlandıqdan qısa müddət sonra polo matçında bu köynəyi geyinib.

Aysu Demokrat.az

NE
Nihadə Eyyubova