Türkiyənin Ərzurum vilayətində 4 bal gücündə zəlzələ baş verib.
Demokrat.az xəbər verir ki, bu barədə "AFAD" məlumat yayıb.
Məlumata əsasən, zəlzələ bu gün səhər saatlarında Ərzurumun Köprüköy mahalında baş verib.
Eyni zamanda zəlzələnin 7,02 kilometr dərinlikdə olduğu müəyyən edilib.
Qeyd edək ki, təbii fəlakət nəticəsində ölüm və dağıntı qeydə alınmayıb.
Aysu Demokrat.az


