Siyasət Özəl

"İranın ikili oyunun nəticəsi ağır ola bilər..." — Molla rejiminə SON XƏBƏRDARLIQ

İranın ikili oyunun nəticəsi ağır ola bilər... — Molla rejiminə SON XƏBƏRDARLIQ

ABŞ İranın gəmiləri ələ keçirməsindən qorunmaq üçün yaxın günlərdə Körfəzə F-16 qırıcıları göndərəcək.

Demokrat.az xəbər verir ki, bu addım İranın keçən həftə boğaz yaxınlığında iki neft tankerini ələ keçirməyə cəhd edərək onlardan birinə atəş açmasından sonra atılıb.

Yaxın Şərqdə İran, Rusiya və Suriya arasında əlaqələr getdikxə artır. Bu, ABŞ-ı da narahat etməkdədir.

İranın yürütdüyü sərt siyasətin qarşılığında ABŞ-ın Körfəzə F-16 qırıcılarını göndərməsi regiondakı gərginliyi artıracaqmı?

İran gəmiləri hədəf almaqdan çəkinə bilərmi?

ABŞ-la İran arasında baş verən yeni gərginliklə bağlı danışan politoloq Ramiyə Məmmədova Demokrat.az-a açıqlamasında bildirib ki, İranın son zamanlar region və Körfəz ölkələrinə qarşı sərt reaksiyaları onun üçün problemlər yaradır:

"ABŞ və İran münasibətləri onsuz da gərgindir. İran getdikcə nüvə silahının faizlərini artırır. Yayılan məlumatlara görə, ABŞ və İran arasında danışıqlar gedir. İsrailsə bunu xoş qarşılamır".

İranın ikili oyunun nəticəsi ağır ola bilər... — Molla rejiminə SON XƏBƏRDARLIQ

O qeyd edib ki, İranın son zamanlar regionda baş verən hadisələrdə özünü daha sərt şəkildə göstərməsi bir çox dövlətin xoşuna gəlmir:

"Qarabağda gedən proseslərlə bağlı Türkiyə Prezidenti artıq açıq şəkildə İranı hədəf aldı. Dedi ki, İran Zəngəzur dəhlizinin açılmasını istəmir. Bunu əvvəllər heç kim açıqlamırdı" .

Politoloqun sözlərinə görə, Yaxın Şərqdəki gərginlik artmaqdadır. İran hər zaman terror aktlarına dəstək verir:

"Onun Körfəzdəki gəmilərə atəş açması sərt siyasətini göstərir. Amerika çoxdan İranı hədəf alıb. İsrail - İran müharibəsinin baş verəcəyi belə ehtimal edilir. Amerikanın Körfəzə F 16 qırıcılarını göndərməsi İrana qarşı atılmış addımdır. O yenə gəmilərə atəş açsa, F 16-lar onu hədəf ala bilər".

İranın bu gün daha çox Rusiya və Çinə tərəf yönəldiyini xatırladan R.Məmmədova bildirib ki, bu, Amerikanın maraqlarına ziddir:

"Ukrayna müharibəsində də bunu görürük. İranın Rusiyaya göndərdiyi silahlar müharibədə istifadə olunur.

İran ikili siyasət yürüdür, oyun oynayır. Qitədə özünü göstərməyə çalışır. Güclü dövlətdir, lakin sərhədlərini aşa bilməz.

Düşünürəm ki, gəmilərin vurulmasına qarşı ABŞ-ın F16-lar göndərməsi İranı müəyyən qədər durduracaq. Yürütdüyü siyasət onun özünə də, regiona da təhdiddir".

Törə Zeynallı Demokrat.az

D
demokrat.az