Kriminal Özəl

Çay evində anasını və tanışını bıçaqlayan yetiyetmədən XƏBƏR VAR

Çay evində anasını və tanışını bıçaqlayan yetiyetmədən XƏBƏR VAR

Gəncə şəhərində çay evində anasını və tanışını bıçaqlamaqda təqsirləndirilən Dilqəm Xəlilovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

Demokrat.az-ın əldə etdiyi məlumata görə, cinayət işi baxılması üçün Gəncə Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

İş araşdırılması üçün hakim Dadaş İmanovun icraatına verilib.

Məhkəmənin hazırlıq iclası iyulun 26-na təyin olunub.

Qeyd edək ki, hadisə Gəncə şəhəri, Atatürk prospektində yerləşən çay evində baş verib.

Samux rayon sakini, 16 yaşlı Dilqəm Xəlilov anası 43 yaşlı Nurlana Xəlilovanı və tanışı, 24 yaşlı Elgün Məmmədovu bıçaqlayıb.

Dilqəm Xəlilovun barəsində Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa xəsarət yetirmə) madəsi üzrə ittiham elan olunub.

Fariz Məlikli Demokrat.az

D
demokrat.az