Kriminal Özəl

Abşeronda sərxoş kişi arvadını döydü

Abşeronda sərxoş kişi arvadını döydü

Abşeron rayonunda 1977-ci il təvəllüdlü Vahid ailə münaqişəsi zəminində yaranan münaqişə zamanı həyat yoldaşı Ramiləyə (adlar şərti verilib – red.) xəsarət yetirib.

Demokrat.az-ın əldə etdiyi məlumata görə, hadisə rayonun Məmmədli kəndində baş verib.

Vahid yaşadığı evə sərxoş vəziyyətdə gəldiyi üçün ailə münasibətləri zəmində arvadı ilə mübahisəsi yaranıb.

Baş vermiş mübahisə zamanı arvadının əvvəlcə əli ilə sifət nahiyəsinə, daha sonra isə lapatkanın dəmir hissəsi ilə baş nahiyəsinə vurub.

Hadisəni törədən Vahidin barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa xəsarət yetirmə) maddəsi ilə ittiham elan edilib.

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Vahid ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib.

O bildirib ki, Ramilə ilə 1997-ci il tarixdə Şamaxı rayonunda ailə qurub, üç övladları var:

“2010-cu ildən Abşeron rayonu, Məmmədli kəndində yaşayıram. Mən fəhlə kimi işləmişəm, arvadım isə evdar qadındır. Bir oğlum hərbi qulluqdadır, digər iki oğlum isə işləyərək evi maddi cəhətdən təmin edirlər. Mən mütamadi olmasa da, həftənin 5 günü işdən sonra yorğun olduğum üçün axşamlar spirtli içki qəbul edirəm. Bu səbəbdən də evdə ailədə narazılıqlara səbəb olur. Arvadım spirtli içki qəbul etdiyim üçün dəfələrlə irad bildirib. Bu səbəbdən aramızda mübahisələrimiz olub. Lakin polisə şikayət olunmayıb”.

Təqsirləndirilən şəxs qeyd edib ki, hadisə günü Sabunçu rayonu, Zabrat qəsəbəsində fəhlə kimi işləyib:

“Sonra spirtli içki qəbul etdim. Həmin gün saat 21 radələrində evə sərxoş halda gəldim. Məni qapıda qarşılayan arvadım yenədə spirtli içki qəbul etməyimə görə irad bildirdi. Bu səbəbdən mübahisələrimiz yarandı. Mübahisə zamanı arvadım mənə cavab qaytardığı üçün onun sifət nahiyəsinə şillə vurdum. Sonra arvadım evdən qaçaraq həyətə çıxdı. Mən də onun arxasınca həyətə çıxdım. Arvadımın polislə danışaraq şikayət etdiyini eşitdim. Buna görə də əsəbləşdim. Evin divarına süykənmiş beli (lapatkanı) götürərək qorxudmaq məqsədi ilə lapatkanı başına tərəf fırlatdım. Lakin lapatqanın dəmir uc hissəsi Ramilənin baş nahiyyəsinə dəydi. Nəticədə Ramilə baş nahiyəsindən xəsarət aldı. Onun başından qanı axıb sifətinə yayıldı. Həmin vaxt oğlum gələrək əlimdən lapatkanı aldı. Məni evə gətirərək sakitləşdirdi. Bir neçə dəqiqə sonra polis əməkdaşları gəldi. Bizi polis bölməsinə apardı”.

Bu cinayət işinə Abşeron rayon Məhkəməsində baxılıb.

Məhkəmə təqsirləndirilən şəxsin zərərçəkmişlə barışmasını, zərərçəkmiş şəxsin ondan şikayətçi olmamasını nəzərə alıb.

Bu səbəbdən Vahidin barəsində olan cinayət təqibinə xitam verilib.

O, cinayət məsuliyyətindən azad edilib.

Fariz Məlikli Demokrat.az

D
demokrat.az