Xəzər dənizinin Bilgəh, Sumqayıt, Lənkəran sahillərində, Yardımlı şəhəri Viləşçayın sahilində, Kür çayının Şirvan şəhəri, Göyçayın Göyçay şəhəri ərazisindən keçən hissələrində təmizlik aksiyaları keçirilib.
Nazirliyin regional bölmələrinin, yerli icra orqanlarının, yerli Mənzil-Kommunal Təsərrüfatı və İstehsalat Birliyinin əməkdaşlarının, sakinlərin, könüllülərin, tərəfdaş qurumların iştirakı ilə keçirilən aksiyalar zamanı ümumilikdə 20 tondan artıq müxtəlif növ tullantı yığılaraq ərazilərdən daşınıb.
Aksiyalara qoşularaq dəstək verən Şirvan şəhər İdman və Gənclər İdarəsi, Sumqayıt şəhər İdman və Gənclər İdarəsi əməkdaşlarına, “ASAN” könüllülərinə, Göyçay İcma İnkişaf Mərkəzinə, “Nargis” jurnalının əməkdaşlarına, “EcoHub” təşəbbüs qrupuna təşəkkür edirik.
Eyni zamanda tullantı ilə çirklənmiş əraziləri göstərməklə çağırışa qoşulan izləyicilərə təşəkkür edirik. Qeyd edilən ərazilər üzrə Göyçay və Viləşçay sahillərində təmizlik aksiyaları keçirildi, digər ərazilərdə də davam edəcək.
Hər kəsi məsuliyyətini dərk edərək ətraf mühiti təmiz saxlamağa, əraziləri çirkləndirmədən, təmiz istifadə etmək vərdişinə yiyələnməyə çağırırıq. 









