Dünya

Bayden Ukraynanın NATO-ya üzv olacağı dəqiq vaxtı açıqladı

Bayden Ukraynanın NATO-ya üzv olacağı dəqiq vaxtı açıqladı

Əgər Ukrayna indi NATO-ya üzv olarsa, bu o deməkdir ki, NATO Rusiya ilə birbaşa münaqişəyə girəcək və bu, ABŞ və NATO ölkələrinin istəmədiyi "böyük eskalasiya” ilə nəticələnəcək.

Demokrat.az xəbər verir ki, bu haqda Radio NV-nin efirində ABŞ Dövlət Departamentinin rəsmi nümayəndəsi Andrea Kalan ABŞ prezidenti Co Baydenin Ukraynanın NATO-ya daxil olması ilə bağlı sözlərini şərh edərkən deyib.

"Mən sadəcə deyilənləri təsdiq edə bilərəm... Prezident Bayden dedi ki, Ukrayna müharibə bitəndə NATO-ya üzv olacaq. Düzü, mən bilmirəm bu məsələ ilə bvağlı bundan daha aydın nə demək olar", - Kalan deyib.

"Biz hamımız Ukraynanın NATO-ya üzv olmasını niyyətindəyik. Bu, birmənalıdır. Və prezident Bayden dünən prezident Zelenski ilə görüşdən sonra dedi ki, müharibə bitən kimi biz bu prosesə başlayacağıq", - Kalan deyib və Ukraynanın bir sıra islahatlar həyata keçirməsinin lazım olduğunu əlavə edib.

Eyni zamanda, o qeyd edib ki, bu müharibənin sonunun necə olacağına yalnız Ukrayna qərar verəcək.

"Demək istəyirəm ki, müharibənin sonunun necə olacağına ABŞ deyil, Ukrayna qərar verməlidir. Biz bu işdə Ukraynanı dəstəkləyəcəyik", - o deyib.//Qaynarinfo

D
demokrat.az