Portuqaliyalı superulduz Kriştiano Ronaldo Ginnesin Rekordlar Kitabına düşüb.
Demokrat.az xəbər verir ki, Ronaldo 2017-ci ildən bəri ilk dəfə "Forbes"in hazırladığı dünyanın ən çox qazanan idmançıları siyahısına başçılıq edir. "Al-Nassr"a transfer olunandan sonra o, 136 milyon dollarlıq gəlirlə, 2023-cü ildə bir idmançının ən yüksək illik qazancına görə sözügedən kitaba düşüb.
Messi 2022-ci ildə PSJ-də forma geyinərkən il ərzində 130 milyon dollar (103 milyon funt-sterlinq) qazanmaqla bu mükafatın sonuncu sahibi olub. Ronaldonun qazancı isə meydanda və ondan kənarda qazandıqlarına bölünür. Portuqaliyalı futbolçu meydanda 46, kənarda isə 90 milyon dollar (68,5 milyon funt sterlinq) gəlir əldə edib.
Portuqaliyalı superulduzun "Al-Nassr"a keçdikdən sonra maaşı iki dəfə artsa da, "Nike" və "CR7" markalı məhsullarla sponsorluq müqavilələrindəki qazancı azalıb.//Qaynarinfo


