Dünya Özəl

""Vaqner" artıq müharibədə əsas rol oynamır"

Vaqner artıq müharibədə əsas rol oynamır

Rusiyanın muzdlu şirkəti “Vaqner” artıq Ukraynadakı müharibədə əsas rol oynamır.

Demokrat.az xəbər verir ki, bunu ABŞ Müdafiə Nazirliyinin (Pentaqon) sözçüsü Pat Rayder bildirib.

O deyib ki, ABŞ ordusu indiki mərhələdə "Vaqner"in Ukraynadakı müharibədə mühüm rol oynadığına dair heç bir sübut görməyib:

""Vaqner" döyüşçülərinin böyük əksəriyyəti hələ də Ukraynada Rusiya tərəfindən işğal olunmuş ərazilərdədir. Buna baxmayaraq, artıq onların heç bir rolu yoxdur".

Xatırladaq ki, Vaqner silahlı qruplaşması bir müddət əvvəl Rusiyada qiyam qaldırdı və bu üsyan 24 saat ərzində başa çatdı.

Aysu Demokrat.az

NE
Nihadə Eyyubova