Azərbaycanda İran İslam Respublikasının vətəndaşları – Şeyx Nya Əli Cəmşid və Əlipur Puya Əlinin cinayət işi üzrə ibtidai istintaq başa çatıb.
Demokrat.az-ın əldə etdiyi məlumata görə, onların barəsində olan cinayət işi baxılması üçün Lənkəran Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
İş araşdırılması üçün hakim Cavid Səfərlinin icraatına verilib.
Yaxın günlərdə məhkəmə başlanacaq.
Təqsirləndirilən şəxslər Cinayət Məcəlləsinin 206-cı (qaçaqmalçılıq) və 234.4.3-cü (külli miqdarda narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma) maddələri ilə ittiham elan edilib.
Fariz Məlikli Demokrat.az


