Türkiyənin Xəzinə və Maliyyə naziri Mehmet Şimşək G20 toplantılarında iştirak etmək üçün Hindistana gedəcək.
Demokrat.az xəbər verir ki, bu barədə "CNN Türk" məlumat yayıb.
Bildirilib ki, görüşlərdə naziri Türkiyə Respublikası Mərkəzi Bankının (TCMB) sədri Hafize Gaye Erkan müşayiət edəcək.
M.Şimşək G20 toplantılarından sonra prezident Rəcəb Tayyib Ərdoğanın Körfəz ölkələrinə səfərində də iştirak edəcək.
Aysu Demokrat.az


