“Bu ilin kapital qoyuluşu proqramına uyğun olaraq “SOCAR” Azəriqaz İstehsalat Birliyinin maliyyə imkanları çərçivəsində 150-ə yaxın yaşayış məntəqəsi və yeni yaşayış massivlərinin qazlaşdırılması nəzərdə tutulub”.
Demokrat.az xəbər verir ki, bunu SOCAR "Azəriqaz" İstehsalat Birliyinin Yeni qazlaşma və inkişaf şöbəsinin rəisi Teymur Cəfərov "Açıq qapı" aksiyası çərçivəsində bildirib.
O qeyd edib ki, hazırda 93 yaşayış məntəqəsində daşıyıcı və paylayıcı küçə xətlərinin çəkilməsi işləri uğurla davam etdirilir. 60-a yaxın digər kənd və massivdə isə qazlaşdırma işlərinin başlanılması avqust ayında nəzərdə tutulur.
Bildirilib ki, öhdəliyə götürülmüş digər yaşayış yerlərinin ilin sonuna qədər qazlaşdırılması nəzərdə tutulub.
T.Cəfərov onu da əlavə edib ki, 2021-ci ilə qədər qazlaşdırma proqramı dövlət vəsaiti hesabına maliyyələşdirilirdi. 2021-ci ildən etibarən qazlaşdırma tədbirləri "Azəriqaz"ın daxili maliyyə vəsaitləri hesabına həyata keçirilir.
Törə Zeynallı Demokrat.az


