Daxili siyasət

Fazil Mustafa: “Vəkilliyə qəbul asanlaşdırılmalıdır”

Fazil Mustafa: “Vəkilliyə qəbul asanlaşdırılmalıdır”

“Vəkilliyə qəbul asanlaşdırılmalıdır”.

Demokrat.az xəbər verir ki, bunu Milli Məclisin deputatı Fazil Mustafa parlamentin növbədənkənar sessiyasının iyulun 14-də keçirilən iclasında deyib.

O bildirib ki, Ucqar rayonlarda, eləcə də Naxçıvanda vəkillərin sayı azdır:

“Mövcud qanunvericiliyə görə test mərhələsindən keçən vəkil namizədlər üçün 3 illik iş stajı tələbi qoyulub və bu, absurddur”.

Deputat qardaş Türkiyədə belə həmin tələbin olmadığını xatırladıb:

“Vəkillik prokurorluq, hüquq-mühafizə orqanı deyil. Onlara maksimum 1 il iş stajı vaxtı verilə bilər. Ona görə də qanunvericilikdə 3 illik müddəanın ləğvi lazımdır. Vəkilliyə qəbul asanlaşdırılmalıdır”.

D
demokrat.az