Hindistanın şimalında son bir həftədə davam edən yağışlar daşqınlara, yolların, evlərin uçmasına səbəb olub.
Demokrat.az xəbər verir ki, bu barədə "Euro News" məlumat yayıb.
Bildirilib ki, təbii fəlakətdə 100-dən çox insan həyatını itirib.
Eyni zamanda Himaçal Pradeş əyalətində leysan yağışları səbəbindən məktəblərdə təhsil dayandırılıb.
Leysan yağışları ölkə ərazisində körpülərin uçmasına, evlərin və avtomobillərin yararsız vəziyyətə düşməsinə səbəb olub.
Aysu Demokrat.az


