Dünya Özəl

Fransa 5200-ə yaxın ukraynalı əsgərə təlim keçib

Fransa 5200-ə yaxın ukraynalı əsgərə təlim keçib

Fransa 5 min 200-ə yaxın ukraynalı əsgərə təlim keçdiyini açıqlayıb.

Demokrat.az xəbər verir ki, bu barədə Fransanın müdafiə naziri Sebastien Lekornu "Tvitter" hesabında paylaşım edib.

Nazir paylaşımında Fransanın Ukraynaya dəstəyinin azalmadığını və ölkəsinin təxminən 5200 Ukrayna əsgərinə təlim keçdiyini bildirib.

Eyni zamanda, ilin sonuna qədər bu rəqəmin təxminən 7 minə yüksələcəyini qeyd edib.

Nazir deyib ki, əsgərlər təlim zamanı AMX 10-RC tipli yüngül döyüş tankı, “Sezar” haubitsa, SAMP-T hava hücumundan müdafiə sistemi və çoxlüləli reaktiv yaylım atəşi sistemi kimi avadanlıqlardan istifadə etməyi öyrəniblər.

Aysu Demokrat.az

D
demokrat.az