Bakıda dələduzluq etməkdə təqsirləndirilən Günəş Qasımovanın cinayətə işi üzrə ibtidai istintaq başa çatıb.
Demokrat.az xəbər verir ki, cinayət işi baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
İş araşdırılması üçün hakim Fərid Namazovun icraatına verilib.
Yaxın günlərdə məhkəmə başlanacaq.
Qeyd edək ki, Bakı şəhər sakini Günəş Qasımova zərərçəkənin ailə üzvlərinin birinə falçı olduğunu bildirib.
İddia etdiyi kimi qeyri-adi güc vasitəsilə onların üzləşdikləri bəzi problemlərin həllində köməkliklər göstəriləcək.
Günəş Qasımova aldatma yolu ilə zərərçəkənlərin 50 000 ABŞ dolları və 15 000 manat pulunu dələduzluq yolu ilə ələ keçirilib.
Günəş Qasımova Cinayət Məcəlləsinin 178.3.2-ci (külli miqdarda dələduzluq) maddəsi üzrə ittiham olunur.
Cinayət işi üzrə Arif Firuz oğlu Qafarzadə və Vüsalə İnqilab qızı Qafarzadə zərərçəkmiş qismində tanınıblar.
Fariz Məlikli Demokrat.az


