Böyük Britaniya vətəndaşından hədə-qorxu yolu ilə pul tələb etməkdə ittiham olunan Elnarə Nəsrəddinova və Yasəmən Məmmədovanın cinayət işi üzrə məhkəmə prosesi başlayıb.
Demokrat.az xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlərlər Məhkəməsində hakim Azad Məcidov un sədrliyi ilə baş tutan iclasda təqsirləndirilən şəxslərin anket məlumatları dəqiqləşdirilib.
Daha sonra Elnarə Nəsrəddinovanın vəkili vəsarətlə çıxış edib.
O, müdafiə etdiyi şəxsin böyük oğlunun hazırda hərbi xidmətdə olduğunu, həmçinin himayəsində 3 yaşında azyaşlı övladı olduğunu bildirib.
Qeyd edib ki, bu faktlar nəzərə alınsın, Elnarə Nəsrəddinovanın barəsində seçilmiş həbs qətimkan tədbiri başqa yerə getməmək barədə qətimkan tədbiri ilə əvəz olunsun.
Elnarə Nəsrəddinova da vəkili tərəfindən verilən vəsarətin təmin olunmasını istəyib.
Digər təqsirləndirilən Yasəmən Məmmədova və vəkili də vəsarətə etiraz etməyiblər.
Zərərçəkmiş Greer Christopheri və vəkili vəsarətə etiraz ediblər. Onlar vəsarətin təmin olunmamasını istəyiblər.
Vəsatət münasibət bildirən prokuror da cəsarətin rədd edilməsini istəyib.
O, həmçinin cinayət işini məhkəmə baxışına verilməsini və araşdırılmasını xahiş edib.
Daha sonra müzakirə aparan hakim heyəti vəsarəti təmin etməyib.
Məhkəmə baxışı iyulun 26-a təyin edilib.
Qeyd edək ki, Elnarə Nəsrəddinova və Yasəmən Məmmədova Cinayət Məcəlləsinin 182.3.2-ci (hədə-qorxu yolu ilə tələb etmə, zor tətbiq etmə ilə törədildikdə) maddəsi ilə ittiham elan olunub.
İttihama görə, zərərçəkmiş Böyük Britaniya vətəndaşı Greer Christopheridir.
O, Bakıda özəl şirkətlərdən birində müqavilə əsasında işləyib.
Fariz Məlikli Demokrat.az


