Taliban İsveçin Əfqanıstandakı diplomatik fəaliyyətini dayandırdığını açıqlayıb.
Demokrat.az xəbər verir ki, bu barədə Əfqanıstan hökumətinin sözçüsü Zəbihullah Mücahid açıqlama verib.
O bildirib ki, fəaliyyətin dayandırılmasına səbəb müsəlmanlara edilən hörmətsizlik olub:
“İsveçdə Quran və müsəlman inancının təhqir edilməsindən sonra İslam Əmirliyi bu alçaq hərəkətə görə müsəlmanlardan üzr istənilənə qədər İsveçin Əfqanıstandakı fəaliyyətini dayandırıb.
BEA-nın müvafiq təşkilatları bu direktivə əməl etməyə borcludurlar. Əfqanıstan İslam Əmirliyi digər müsəlman ölkələrinin də bu ölkə ilə münasibətlərinə yenidən baxmasını istəyir”.
Aysu Demokrat.az


