Türkiyənin İstanbul şəhərində naməlum şəxs 2 nəfərə atəş açıb.
Demokrat.az xəbər verir ki,bu barədə "TRT Haber" məlumat yayıb.
Bildirilib ki, naməlum şəxs və ya şəxslər yolda gedən iki dostu güllələyib və maşınla ərazidən qaçıb.
Hadisə yerinə dərhal polis və Təcili Tibbi Yardım qrupları gəlib.
Həkimlər yaralılardan birinin hadisə yerində öldüyünü digərinin isə ağır yaralandığını bildirib.
Faktla bağlı araşdırmalara başlanılıb.
Aysu Demokrat.az


