Dünya Özəl

"Meta" "Threads" tətbiqini yeniləməyə hazırlaşır

Meta Threads tətbiqini yeniləməyə hazırlaşır

"Facebook"un sahibi "Meta" şirkəti "Threads" proqramına bəzi əlavələr və yeniləmələr etməyə hazırlaşır.

Demokrat.az xəbər verir ki, bu barədə "BBC" məlumat yayıb.

Bildirilib ki, tətbiqdə ediləcək dəyişikliklə istifadəçilər yalnız xronoloji ardıcıllıqla izlədikləri insanların paylaşımlarını görə biləcəklər.

Bu seçim "Threads" tətbiqinin rəqib olduğu "Twitter"də də mövcuddur.

Mütəxəssislərin fikrincə, "Threads" "Twitter"dən razı olmayan istifadəçiləri cəlb etmək potensialına malikdir.

Proqramın inkişafı onun potensialını daha da artıracaq.

Aysu Demokrat.az

D
demokrat.az