BBC-nin adı açıqlanmayan aparıcısı 17 yaşlı gəncdən nalayiq şəkillər istədiyinə görə işdən çıxarılıb.
Demokrat.az xəbər verir ki, bu barədə "The Sun" qəzeti məlumat yayıb.
Bildirilib ki, adı açıqlanmayan BBC aparıcısı bir yeniyetməyə ona çılpaq fotolar göndərməsi üçün on minlərlə funt ödəyib.
İddialara görə, aparıcı ilə 20 yaşlı qızın ünsiyyəti qızın hələ 17 yaşı olanda başlayıb.
Gəncin anası övladının aparıcıya şəkil və videolar göndərdiyini təsdiqləyib.
Eyni zamanda qızının pulu kokain asılılığı üçün istifadə etdiyini bildirib.
Məsələ ilə bağlı araşdırmalara başlanılıb.
Aysu Demokrat.az


