Dünya Özəl

Antalyada ukraynalı qadın evdə ölü tapıldı

Antalyada ukraynalı qadın evdə ölü tapıldı

Türkiyənin Antalya şəhərində tək yaşayan 63 yaşlı ukraynalı qadın evində ölü tapılıb.

Demokrat.az xəbər verir ki, bu barədə "Sözcü" qəzeti məlumat yayıb.

Məlumata əsasən, hadisə Antalyanın Alanya ərazisində baş verib.

Belə ki, uzun müddət qadının evdən çıxmadığını görən qonşular vəziyyətdən narahat olub. Məsələ ilə bağlı dərhal xilasetmə qruplarına xəbərlıq edilib.

Hadisə yerinə gələn jandarma və xilasetmə qrupları yaşlı qadının cəsədini evin eyvanında aşkarlayıb.

Qrupların evdə apardığı müayinədən sonra qadının cəsədi Antalya Ədliyyə Tibb Qurumuna göndərilib.

Faktla bağlı araşdırmalar davam etdirilir.

Aysu Demokrat.az

NE
Nihadə Eyyubova