Hadisə

FHN Xızıdakı yanğını tam nəzarətə götürdü — VİDEO

FHN Xızıdakı yanğını tam nəzarətə götürdü — VİDEO

Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri tərəfindən həyata keçirilmiş operativ tədbirlər sayəsində Xızı rayonunun Tıxlı kəndi yaxınlığında mürəkkəb relyefli ərazidə baş vermiş yanğın tam nəzarətə götürülüb.

Demokrat.az xəbər verir ki, bu barədə FHN Mətbuat xidmətinin məlumatında deyilir.

Yanğısöndürənlərin fədakarlığı sayəsində yanğının genişlənərək meşəlik əraziyə keçməsinin qarşısı alınıb.

Hazırda bəzi közərmə ocaqlarının tam söndürülməsi istiqamətində tədbirlər davam etdirilir.

D
demokrat.az