Region Özəl

Türkiyədə meşə yanğınları: 1 hektar ərazi külə döndü

Türkiyədə meşə yanğınları: 1 hektar ərazi külə döndü

Türkiyənin Çanaqqala vilayətində yerləşən meşədə güclü yanğın çıxıb.

Demokrat.az xəbər verir ki, bu barədə "DHA" məlumat yayıb.

Məlumata əsasən, yanğın yerli vaxtla 15:30 radələrində baş verib.

Əraziyə dərhal yanğınsöndürmə qrupları cəlb olunub, yanğına havadan və qurudan müdaxilə edilib.

Qeyd edək ki, yanğın 2 saat ərzində söndürülüb və nəticədə 1 hektar ərazi külə çevrilib.

Aysu Demokrat.az

NE
Nihadə Eyyubova