“Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə cənab Prezidentin müvafiq Fərmanı olub. Fərmandan irəli gələn məsələnin tənzimlənməsi üçün aidiyyəti dövlət orqanları ilə birgə, həmçinin “Azəriqaz” İstehsalat Birliyinin mütəxəssisləri işçi qrupu yaradaraq həmin qaydaların üzərində işləyiblər. Artıq həmin qaydalar 25 iyun 2023-cü il tarixindən Nazirlər Kabineti tərəfindən təsdiq olunub.
Demokrat.az xəbər verir ki, bu sözləri bu gün keçirilən "Açıq Qapı" aksiyasında “Azəriqaz” İstehsalat Birliyinin SƏTƏMM və Keyfiyyətə nəzarət şöbəsinin rəisi İlkin Behbudov bildirib.

O deyib ki, artıq bir neçə mühüm qaydalar təsdiq olunub:
"Hansı ki, onların hamısı mənzildaxili və hansısa bir sənaye obyektinin daxilində olan qaydaların texniki şərtə uyğunluğunun təmin olunmasıdır. Əsas qaydalardan biri qazpaylayıcı tərəfindən qaz qurğularında, qaz xətlərində, tüstübacalarında, habelə havalandırma, hava dəyişmə xətlərində maneələrin həll edilməsidir.
Bütün digər qaydalar da bu qaydadan irəli gələn tələblərə xidmət edəcək. Təsdiq olunmuş bu, 215 nömrəli qaydaya əsasən “Azəriqaz” İstehsalat Birliyinin aidiyyatı işçiləri 5 iş günü əvvəldən istehlakçıları məlumatlandırmaqla müayinə yoxlanışlarına başlayacaqlar.
Bu müayinə vətəndaşlara əvvəlcə bildiriş formasında təqdim ediləcək. Onun forması artıq hazırlanıb. Göstəricilər, məlumatlar da öz əksini bu bildirişdə tapacaq".
Qeyd edək ki, qaydaların ilkin formasına yenidən baxış keçiriləcək.
Aysu Demokrat.az


