Dünya Özəl

Berluskoninin vəsiyyəti AÇIQLANDI

Berluskoninin vəsiyyəti AÇIQLANDI

İyunun 12-də 86 yaşında dünyasını dəyişən İtaliyanın keçmiş baş naziri Silvio Berluskoninin vəsiyyəti açıqlanıb.

Demokrat.az xəbər verir ki, bu barədə "BBC" məlumat yayıb.

Vəsiyyətə görə, Berluskoni Fininvest Holdinqin 53 faizini böyük uşaqları Marina və Pier Silvioya ayırıb.

Onun ikinci evliliyindən olan övladları Barbara, Eleonora və Luici Berluskoni də qalan payları bölüşəcəklər.

Bundan başqa, 33 yaşlı sevgilisi Marta Fascinaya 100 milyon avro pul ayırıb.

Qardaşı Paolo Berluskoniyə 100 milyon, yaxın dostu Marçello Dell'Utriyə isə 30 milyon avro verilməsini istəyib.

Aysu Demokrat.az

NE
Nihadə Eyyubova